Nizami Gəncəvinin yaradıcılığı Albaniya mətbuatında

Albaniyanın Panorama qəzeti, balkanweb.com və revistapsikologji.com xəbər portallarında Nizami Gəncəviyə həsr olunmuş məqalələr dərc olunub.

 

Yazılarda 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi İli elan edildiyi diqqətə çatdırılır, mütəfəkkir şairin dünya ədəbiyyatı və mədəni irsinə verdiyi töhfələrdən bəhs olunur.

 

Məqalələrdə bəşər sivilizasiyalarının müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri ilə zənginləşdiyi, bu baxımdan bir çox mövzuda Azərbaycanın hələ də Nizami irsindən, multikulturalizm, dialoq, tolerantlıq və fərqli dinlərə, mədəniyyətlərə və millətlərə hörmətlə bağlı fikirlərindən faydalandığı qeyd olunur. Eyni zamanda, Nizaminin fəlsəfəsinə və düşüncələrinə əsaslanan beynəlxalq əlaqələrin təbliğinin insanlığa, sülhə və inkişafa böyük töhfə verə biləcəyi vurğulanır.

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.8.