Dünyanın sevinci...

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə rayondakı məktəbəqədər təhsil müəssisələrinin fidanlarının qatıldığı Dünyanı uşaqlara verək! adlı tədbir keçirilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin əlamətdar günlə bağlı keçirdiyi tədbirdə regional idarənin rəisi Vasif Cənnətov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov da iştirak ediblər. Gəncə şəhər MKS-nin Uşaq şöbəsi şair, yazıçı-publisist Aləmzər Əlizadənin Anatağın ay yuxusu kitabının onlayn təqdimatını keçirib. Regional idarənin tabeliyindəki Goranboy Dövlət Rəsm Qalereyasında isə rəsm sərgisi təşkil edilib. Gəncə şəhər MKS, şəhər 4 nömrəli Uşaq musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Kəlbəcər rayon MKS, Naftalan şəhər Uşaq musiqi məktəbi, Goranboy rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi kitabxanası da əlamətdar günlə bağlı tədbirlər keçiriblər.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Quba şəhəri 7 saylı körpələr evi uşaq bağçasında Uşaqlar bizim gələcəyimizdir adlı tədbir gerçəkləşib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə əlamətdar günlə bağlı tədbir keçirilib. İdarənin əhatə etdiyi Oğuz rayonu Şirvanlı kənd kitabxanasında Uşaqlar dünyanın sevincidir adlı rəsm sərgisi təşkil olunub. Kərimli kənd kitabxanası Xoşbəxt gələcək, bizimlə gələcək adlı tədbir keçirib. Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanaGüllük kənd Mədəniyyət eviuşaqlar üçün tədbirlər təşkil ediblər.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət Uşaqlarımızı qoruyaq! adlı sərgi təşkil edilib. Ağstafa rayon MKS, rayon Mədəniyyət Mərkəzi, Tovuz rayon MKS, rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Qovlar şəhər Uşaq musiqi məktəbi, Qazax rayon MKS, rayon Mədəniyyət Mərkəzi və Dövlət Rəsm Qalereyası da əlamətdar günlə bağlı tədbirlər keçiriblər.

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin tabeliyində olan 3 nömrəli şəhər kitabxana filialı uşaqlara səyyar kitabxana xidməti göstərib. Tərtər rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Ələsgərli kənd klubunun dərnək üzvləri Uşaqlar sehrli dünyamızdır adlı tədbir keçirib.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzində Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi uşaqlar mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları həmçinin çoxuşaqlı ailə AmilSevda Mustafayevləri ziyarət ediblər.

 

Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində uşaqlar üçün ekskursiyalar təşkil edilib. Cəlilabad şəhər 3 və 4 saylı klubların kollektivlərinin birgə təşkilatçılığı ilə Uşaqlar bizim gələcəyimizdir adlı onlayn konsert proqramı keçirilib. Rayonun Göytəpə şəhər Uşaq musiqi məktəbi kollektivinin iştirakı ilə Uşaqlar gələcəyimizdir adlı onlayn konsert təşkil edilib. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında balacalar üçün Xeyirxah kirpi cizgi filmi nümayiş etdirilib.

 

Tərtər rayon Uşaq musiqi məktəbi, rayon MKS və Mədəniyyət Mərkəzinin filialları əlamətdar günlə bağlı videoçarxlar hazırlayıblar.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon MKS-nin Uşaq şöbəsi Beynəlxalq Uşaqların Müdafiəsi Günü başlığı altında sərgi təşkil edib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Sabirabad şəhər 5 saylı uşaq bağçasının müəllim və uşaqları rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər Mərkəzi kitabxanasında əlamətdar günlə bağlı tədbirlər keçirilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Uşaqlar bizim gələcəyimizdir adlı tədbir keçirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzinin Təbiət və humanitar fənlər təmayüllü liseylə birgə təşkil etdiyi tədbirdə şagirdlər mərkəzin ekspozisiya zalındakı eksponatlarla tanış olublar.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar şəhər Uşaq incəsənət məktəbinin həyətində tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və regional idarənin rəisi Əlisultan Sadıxov iştirak ediblər.

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran rayon Heydər Əliyev Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgi açılıb. Sərgidə mərkəzin rəsm studiyası üzvlərinin əl işləri nümayiş etdirilib. Astara şəhər Uşaq musiqi məktəbində konsert keçirilib.

 

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.3.