95 yaşlı kitabxanadan təəssürat

 

“Oxucu marağını ödəmək özü bir məsuliyyətdir. Elə oxucularımız var ki, istədikləri kitabı digər filiallardan tapıb təqdim edirik”

 

Bu gün sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dünyada və ölkəmizdə baş verən ən son yenilikləri də çox zaman sosial şəbəkələr üzərindən əldə edirik.

 

Bir neçə gün əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 saylı filialı – Buzovna qəsəbəsindəki kitabxananın 95 illik yubileyi ilə bağlı xəbər də elə “Facebook”da qarşıma çıxmışdı. Düşündüm ki, onsuz da pandemiya səbəbindən kitabxanalarımız bir ildən çoxdur ənənəvi fəaliyyətini davam etdirə bilmir. Heç olmasa, bu yubiley pandemiya şəraitində kitabxananın tarixi üçün əlamətdar olar...

 

Kitabxananın şöbə müdiri Qızılgül Məmmədova ilə əlaqə saxlayıb yubileylə əlaqədar yazı hazırlayacağımı dedim. Razılaşdıq. Fotoqrafımızla birlikdə üz tutduq Bakının qədim yaşayış məntəqələrindən sayılan Buzovnaya.

 

Qeyd edək ki, Xəzər rayon MKS Mərkəzi kitabxanayeddi kitabxana filialını əhatə edir. Buzovna kitabxanası 2011-ci ildən MKS-nin 3 saylı filialı kimi fəaliyyət göstərir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitabxananın binası təmir olunub.

 

95 il, o qədər az zaman deyil. Azərbaycanda, xüsusən Bakı kəndlərində kitabxana işinin inkişafı baxımından bu fakt böyük əhəmiyyət kəsb edir. 1926-cı ildə ölkəmizdə kitabxana işi elə geniş yayılmamışdı. Bununla əlaqədar bəzi mənbələrdə bu barədə maraqlandım qarşıma belə bir məlumat çıxdı: “XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı Bakı kəndlərinin ictimai mühitinə mədəni inkişafına müsbət təsir etmişdi. Bakı ilə yanaşı, ətraf kəndlərdə məktəblər, mədrəsələr açılır, mədəni-maarif müəssisələrinin yaranmasına təşəbbüs göstərilirdi. Bakı kəndlilərinin bir çoxu neft mədənlərində, yeni yaradılan fabrik zavodlarda fəhlə işləyirdilər. Kəndlərdə savadlı adamların sayı artmağa başlamışdı. Bakı mühiti kəndlərə ciddi təsir göstərirdi.

 

Kəndlərdə ab-hava tamamilə dəyişmişdi. 1905-1907-ci illər inqilabı dövründə Bakı kəndlərində inqilab ərəfəsində gedən oyanış daha da genişlənmişdi. Kəndlilər iqtisadi tələblərlə yanaşı, maarif mədəniyyət sahəsində tələblər irəli sürür, kəndlərdə məktəblər mədəni-maarif müəssisələri yaratmaq istəyi ilə çıxış edirdilər. Həmin dövrdə Bakı kəndlərində böyük ziyalılar ordusu yetişmişdi. Məhz bu ziyalılar Bakı kəndlərində maarif mədəniyyətin inkişafına böyük təkan verməyə, yeni məktəblər, kitabxanalar qiraətxanalar təşkil etməyə ciddi səy göstərmişlər”.

 

Mənbələrdə qeyd olunur ki, Bakı kəndlərində kitabxana qiraətxanalar əsasən məktəblərin yanında yaradılırdı. Bakıətrafı böyük kənd qəsəbələrdən Mərdəkan, Maştağa, Balaxanı, Əhmədli, Sabunçu s. yaşayış məntəqələrində məktəblərin yanında kiçik kitabxanalar fəaliyyət göstərməyə başlayıb. Belə kitabxana qiraətxanaların yaranmasına kənd ziyalıları da maddi köməklik göstəriblər. Bundan əlavə, Bakı onun kəndlərində fəaliyyət göstərən cəmiyyətlər, ayrı-ayrı qabaqcıl ziyalılar da öz vəsaitləri hesabına ictimai kitabxana-qiraətxanalar təşkil ediblər.

 

Mərhum kitabxanaşünas alim, professor Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin təşkili” adlı dərsliyində yazır: “1926-cı ildə Azərbaycan SSR- olan 121 qiraət komasının 115-i Azərbaycanın qəzalarında, 6-sı Bakı qəzasında yerləşmişdi. Bunlardan 32-si nümunəvi qiraət koması, 3-ü kəndli guşələri idi. 1926-cı ilin ikinci yarısında təkcə Bakı onun rayonlarında 4 kitabxana açılmışdı. Maraqlı burasıdır ki, bu kitabxanalardan ikisi Bakı qəzasının Buzovna Zərgərli kəndlərində təşkil edilmişdi”.

 

***

 

Bəli, düz 95 il əvvəl təməli qoyulan kitabxananın qarşısında bizi gülərüz çox səmimi bir kollektiv qarşıladı. Hər bir əməkdaşın işinə məsuliyyəti kitab məbədini layiqli şəkildə təqdim etmələri üçün çalışmağı diqqətimizi çəkdi. Kitabxananın direktoru Ülviyyə Xudaverdiyeva elm, bilik məbədinin tarixi haqqında məlumat verir. Bildirir ki, 1996-cı ildən kitabxanaya rəhbərlik edir. Kitabxananın zəngin fondu var. Bədii, elmi ədəbiyyat fondu üstünlük təşkil edir. Oxucuların sayı da az deyil. Kitabxananın yerləşdiyi ərazidə kitaba tələbat yüksəkdir.

 

Həmsöhbətim deyir ki, kitabxana əvvəlcə kolxozun binasında təşkil edilib. Fondu böyüdükcə bir müddət qəsəbə klubunda fəaliyyət göstərib: “Oxucu kitab sayı artdığına görə Buzovnada kolxoz sədri işləyən Ruhulla Atakişiyev kitabxana üçün xüsusi bina ayırıb. Hazırda kitabxanamızın 49 min kitab fondu var. Fondun 20 mini rus şöbəsinə, 29 mini isə Azərbaycan şöbəsinə aiddir. Oxucularımız Buzovna ərazisi ilə məhdudlaşmır. Ətraf qəsəbələrdən şəhərdən gələn oxucular da var. İl ərzində kitabxananın 3-4 min arası oxucusu olur”.

 

Bu məqamda söhbətimizə kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Həqiqət Ağabəyova da qoşulur. O, qıraq qəsəbələrdən şəhərdən oxucuların bu kitabxanaya üz tutmasının səbəbini əməkdaşların xoş isti münasibəti, keyfiyyətli xidməti ilə əlaqələndirir: “Oxucu marağını ödəmək özü bir məsuliyyətdir. Elə oxucularımız var ki, onların istədikləri kitabları digər filiallardan tapıb təqdim edirik. Mübadilə yolu ilə kitablar götürürük. Oxucular da sağ olsun, kitabları vaxtında səliqəli şəkildə geri qaytarırlar. Hədiyyə edilən kitablarımız da çoxdur. Bilirsiniz ki, Buzovna çox sayda tanınmış elm, mədəniyyət xadimləri yetişdirib. Xalq artistləri – tarzən Firuz Əliyev, qoboy ifaçısı Kamil Cəlilov, Xalq rəssamı Mirnadir Zeynalov, akademik Ziyad Səmədzadə, Əməkdar rəssam Rafael Muradov, Əməkdar artistlər – aktyor Mirzə Ağabəyli, kamança ifaçısı Mirnazim Əsədullayev digər onlarla insan bizim kitabxanaya öz əsərlərini şəxsi kitablarını hədiyyə ediblər. Hər halda onların yetişməsində kitabxanamızın, az da olsa, rolu olub”.

 

***

 

Sonuncu dəfə vaxt kitabxana üçün nəşrlərin alındığını soruşuram məlum olur ki, bu ilin aprelində kitab kollektorundan 200 nüsxə kitab alınıb. Söhbətimiz zamanı o da bəlli olur ki, oxucular ən çox detektiv əsərlərə maraq göstərirlər.

 

Pandemiya dövründə kitabxana onlayn layihələr təqdim edib. Hazırda 30 faiz işçi heyəti ilə işini davam etdirən kitabxana kollektivi yenidən normal fəaliyyətə qayıtmağı səbirsizliklə gözləyir.

 

Kitabxana Buzovna Mədəniyyət evi ilə birlikdə çoxsaylı tədbirlər həyata keçirib. Xəzər rayon MKS-nin direktoru vəzifəsini icra edən Jalə Əliyeva da ziyarətimizdən xəbər tutub kitabxanaya gəlmişdi. O, yubileylə əlaqədar “Mədəniyyət” qəzetinin göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi.

 

Sonra əməkdaşlar bizi kitabxananın zəngin fondu ilə tanış etdi.

 

Sonda onu da öyrəndik ki, 5 il əvvəl kitabxananın 90 illik yubileyində əməkdaşlar Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsi Buzovna bələdiyyəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

 

Xoş təəssüratlarla ayrılmağa hazırlaşırdıq ki, sevilən aktyor, Əməkdar artist Mirzə Ağabəyli kitabxanada olduğumuzdan xəbər tutub bizimlə görüşməyə gəldi. Mirzə müəllimlə Buzovna səyahətimiz barədə ayrıca yazıda.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.1;4.