İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi keçirilib

 

Kainat Gənclik Mərkəzinin layihəsi üzrə 2012-ci ildən ənənəvi olaraq təşkil edilən İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq müsabiqəsi müxtəlif ölkələrdən istedadları bir araya gətirir, onların sənət yolunda tanınmasına zəmin yaradır. Artıq ikinci ildir ki, pandemiya səbəbindən müsabiqə onlayn formatda keçirilir. Lakin buna baxmayaraq, müsabiqəyə maraq artmaqda davam edir.

 

Kainat Gənclik Mərkəzinin təşkilatçılığı, İCESCO-nun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə keçirilən sayca 10-cu müsabiqənin Təşkilat komitəsinə 200-dən artıq iştirakçı ərizəsi daxil olmuşdu. İki yaş qrupu üzrə keçirilən onlayn dinləmələrin nəticələrinə əsasən, 37 nəfər final mərhələsinə vəsiqə qazanmışdı.

 

Müsabiqənin finalı iyunun 4-də onlayn formatda gerçəkləşib. Həlledici mərhələdə sənət yarışına Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tacikistan, habelə Rusiya Federasiyasının Başqırdıstan Tatarıstan respublikalarından təmsilçilər qatılıb. Hər ölkəni 2 gənc istedad bir mütəxəssis (beynəlxalq münsiflər heyətinin üzvü) təmsil edib. Beynəlxalq münsiflər heyətinə Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova sədrlik edib.

 

İştirakçılar üç nominasiyada (fortepiano, simli alətlər nəfəs alətləri) onlayn dinləmələr zamanı son mərhələdə yüksək ifaçılıq qabiliyyəti göstəriblər.

 

Fortepiano ifaçılığı üzrə böyük yaş qrupunda (16-20 yaş) Məryəm Məmmədova (Azərbaycan), kiçik yaş qrupunda (15 yaşadək) Asılbek Avazov (Özbəkistan) 1-ci yeri qazanıblar.

 

Simli alətlər üzrə böyük yaş qrupunda Beysultan Eldana (Qazaxıstan), kiçik yaş qrupunda Abdulaziz Mamasoliyev (Özbəkistan) 1-ci olublar.

 

Nəfəs alətləri üzrə (böyük yaş qrupu) 1-ci yeri Robert Bikbayev (Rusiya Federasiyası) tutub.

 

Ümumilikdə üç nominasiyada 17 iştirakçı (1-3-cü yerlər) təltif olunub.

 

Müsabiqənin Qran-pri mükafatını isə Azərbaycan təmsilçisi, kiçik qrup üzrə skripka ifaçısı Elmira Dadaşova qazanıb.

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.5.