Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş videoçarx

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Aşıq Ələsgərin (1821-1926) anadan olmasının 200 illiyi ilə əlaqədar videoçarx hazırlayaraq sosial media hesablarında paylaşıb.

 

Videoçarxda qeyd edilir ki, Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biridir. O, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəniyyət xəzinəsinə xalqın ruhuyla həmahəng əsərlər bəxş edib. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divanis. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında ən gözəl şəkildə əksini tapıb. Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə deyib: Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm.

 

Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevilibel ağsaqqalına çevrilib.

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.6.