Müasir Azərbaycan ədəbiyyatı” Monteneqro dilində

 

 

Nizami Gəncəvi İli” münasibətilə Monteneqro dilində “Müasir Azərbaycan ədəbiyyatı” kitabı çap olunub. Nəşr Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, mərkəzin üzvü, publisist Bojidar Proroçiç, tənqidçi Diyana Tiganyinin həmmüəllifliyi ilə işıq üzü görüb.

 

Kitabda Azərbaycan ədəbiyyatının müxtəlif nəsillərinin nümayəndələri – Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq şairi Vaqif Səmədoğlu, eləcə də Nurəngiz Gün, Əyyub Qiyas, Məqsəd Nur, İlqar Fəhmi, Müşfiq Xan, Elxan Zal Qaraxanlı, Rəşad Məcid, Qulu Ağsəs, Səlim Babullaoğlu və başqalarının əsərləri Monteneqro dilində dərc edilib.

 

Kitab Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi, Çetinye Şəhər Bələdiyyəsi, Monteneqro Mədəniyyət Forumunun və Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib.

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.8.