Qarabağ prioritetdir, amma digər regionlar da diqqətdən kənarda deyil

 

 

Bu gün dünyanın gözü Qarabağdadır. Bu baxımdan Qarabağdakı abidələrin bərpası  prioritetdir. Ancaq bu o demək deyil ki, regionlardakı digər abidələrimiz diqqətdən kənarda qalacaq.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri iyunun 14-də jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu istiqamətdə fəaliyyət üzrə plan təkliflərimiz var: “Bu günlərdə biz Çıraqqala abidəsində olduq. Abidədə təmir bərpa işləri aparılır. Bundan sonra da abidələrin bərpası nəzərdə tutulur.  Abidənin bərpa edilməsi məsələsində əsas meyar abidənin əhəmiyyəti, bugünkü vəziyyəti turizm marşrutu üzərində olub-olmamasıdır.

Nazirə pandemiya dövründə teatrların açılması ilə bağlı sual da ünvanlanıb. Nazir diqqətə çatdırıb ki, bununla bağlı təkliflərimizi vermişik müsbət rəylər alacağımızı gözləyirik. Dəqiq tarix deyə bilməsək də, teatrların açılma ehtimalı var.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.4.