Cahangir Cahangirovun 100 illiyi münasibətilə virtual sərgi

 

 

İyunun 20-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu. Cahangir Cahangirov əsərləri ilə Azərbaycan musiqisinə çoxsaylı incilər bəxş edib.

 

O, solist, xor simfonik orkestr üçünArazın o tayındavokal-simfonik poemasının, “Füzuli”, “Nəsimikantatalarının, “Sabir”, “Hüseyn Cavid – 59” oratoriyalarının, “Azad”, “Xanəndənin taleyioperalarının digər əsərlərin müəllifidir. Bəstəkarın çoxşaxəli yaradıcılığında xor musiqisi xüsusi yer tutur.

 

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Cahangir Cahangirov – 100” adlı sərgi hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə dahi bəstəkarın müəllifi olduğu əsərlər, həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolars. nümayiş olunur.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.7.