Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda

 

 

Ukrayna Milli Televiziya Radio ŞirkətininKulturaradiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda Ukraynada nəşr olunmuşLeyli Məcnunkitabı haqqında veriliş yayımlayıb. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilib.

 

Verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, “Leyli və Məcnun” poeması haqqında məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas-alim Aqafangel Krımskinin “Nizamionun müasirləri” adlı monoqrafiyasından söz açılıb.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.8.