Bəşəriyyət üçün təhlükə mənbəyi

 

26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə bölgələrdə çeşidli tədbirlər keçirilib, bəşəri bəlanın fəsadları barədə söz açılıb.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı “Narkomaniya bəşəri faciədir” mövzusunda onlayn tədbir keçirib. Goranboy rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyi birgə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı dəyirmi masa reallaşdırıb. Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Narkomaniyanın insan alverinə təsiri” mövzusunda onlayn tədbir təşkil edilib.

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin kənd kitabxana filialları əlamətdar günlə bağlı videoçarxlar hazırlayıblar.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib. Yardımlı rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil şöbəsi ilə birgə “Narkomaniya bəşəri bəladır” mövzusunda tədbir keçirilib.

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfransda narkomaniyanın törətdiyi fəlakətlərə diqqət çəkilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyirayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” başlığı altında onlayn tədbir keçirilib. Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda gənclərin iştirakı ilə tədbir gerçəkləşib. Tovuz rayonundakı Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin və Abulbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Narkomaniya günümüzün bəlasıdır” mövzusunda onlayn tədbirdə “ ölümün insanlığı uçuruma apardığı vurğulanıb.  Tovuz rayon Düz Qırıqlı kənd, Qovlar şəhər uşaq musiqi məktəbləri, rayon MKS, rayondakı Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbində tədbirlər təşkil olunub, Tovuz Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Qazax rayon M.P.VaqifM.V.Vidadinin Xatirə Muzeyi də “Cəmiyyətin bəlası narkomaniya ilə mübarizə” adlı onlayn tədbir keçirib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi kitabxanasında “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı dəyirmi masa təşkil edilib. Rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda mühazirə keçirilib. Beyləqan rayon MKS-nin Oxuculara xidmət şöbəsində “Narkomaniyaya qarşı beynəlxalq mübarizə” adlı tədbir gerçəkləşib. Füzuli rayon Aşağı Yağlıvənd kənd Uşaq musiqi məktəbində də “Narkomaniyaya yox deyək!” adlı tədbir gerçəkləşib. Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniya gənc nəslin düşmənidir” adlı mühazirə, Xocavənd rayon Mədəniyyət evində isə “Narkomaniya əsrin bəlasıdır” adlı dəyirmi masa təşkil edilib. İmişli rayon Mədəniyyət Mərkəzində “Narkotiksiz həyat öz əlindədir” adlı tədbir keçirilib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniya - əsrin bəlalarından biri kimimövzusunda vebinar keçirilib. Balakən rayon MKS-nin Tülü kənd 28 saylı kitabxana filialında “Narkomaniyaya yox deyək!” başlığı altında informasiya saatı təşkil olunub. Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının təşəbbüsü ilə Ə.Həbibullayev adına kənd tam orta məktəbində “Narkomaniyaya son!” mövzusunda informasiya saatı gerçəkləşib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Sağlamlığımızı qoruyaqnarkomaniyaya yox deyək!” adlı onlayn tədbirdə bəşəri bəlanın fəsadlarından söz açılıb. MKS-nin oxu zalında isə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı maarifləndirici tədbir keçirilib.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.4.