Sərgilər, görüşlər, ekskursiyalar...

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi, Kərimli, XalxalBaş Daşağıl kənd kitabxana filialları “Nağıl saatı” təşkil ediblər. Oğuz rayon Şirvanlı kənd kitabxanasının müdiri Taliyə Xəlilovanın təşkilatçılığı ilə kitabxananın həyətində fəal oxucuların əl işlərindən ibarət “Bacarıqlı əllər” başlığı altında sərgi təşkil edilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Nəzrin Şükürzadə Türkiyədə onlayn formatda keçirilən 7-ci beynəlxalq sənət müsabiqəsində 2-ci yerə layiq görülüb.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin mədəniyyət könüllüləri Bakıda Fəxri xiyabanda görkəmli opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün (Murtuza Məmmədov; 1897-1961) doğum günü (22 iyun) münasibətilə məzarını ziyarət ediblər.

 

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Cəlilabad və Yardımlı rayonlarına səfəri zamanı Vətən müharibəsi şəhidləri Səyyad Ağahüseynov, Araz Cəfərov, Əlikram Xanışov, Tural AslanovZahid Zairlinin ailələrinə baş çəkib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun Böyük Xocavar kənd tam orta məktəbinin 4-cü sinif şagirdləri üçün “Bölgənin sənətkarlıq nümunələri və zəngin məişət ənənələrinin təbliği” mövzusunda yay ekskursiyası təşkil edilib. Masallı rayon Mərkəzi kitabxanasında 1941-1945-ci illər müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Masallı rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı” çərçivəsində rayonun bir neçə ümumtəhsil məktəblərinin şagirdləri üçün yay ekskursiyası təşkil edilib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 saylı Uşaq musiqi məktəbinin müəllim və şagirdləri ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Zəfər” onlayn musiqi müsabiqəsində iştirak edərək uğur qazanıblar. Aydan Quliyeva Qran-pri, Vüsal Nəbili I, Nəriman Hümmətov II, İsmayıl Hacıyev III yerlərə layiq görülüblər. Anar Ömərov və Nihad Qəbilov isə müsabiqənin diplomantı adını qazanıblar. Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi Səs şöbəsinin 2-ci sinif şagirdi Cavid Əliyev Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn II beynəlxalq folklor, klassikmüasir yaradıcılıq festivalında qalib olub.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon MKS-nin Uşaq şöbəsi tərəfindən “Can nənə, bir nağıl söylə” adlı açıq havada kitab sərgisi təşkil olunub.

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Tural Hümmətovun məzarını ziyarət ediblər.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.4.