Nizaminin hikmətli kəlamları Salvador Meksika portallarında

 

Salvador RespublikasınınLiteratura y poesía” (“Ədəbiyyat poeziya”), MeksikanınMás Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının  Facebooksəhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin hikmətli kəlamlarının yayımına başlayıb.

 

Portallarda mütəfəkkir şairin ümumbəşəri dəyərləri əks etdirən müdrik sözləri, cəsarət, dostluq, xeyirxahlıq, zülm ədalət haqqında kəlamları oxuculara təqdim edilir.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.8.