Bu təşəbbüs bir platformaya çevrilməlidir

İyunun 23-də Mədəniyyət naminə sülh (Peace4Culture) qlobal kampaniyasının təqdimat mərasimindən əvvəl mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə jurnalistlərə açıqlamalar verdilər:

 

Mədəniyyət naziri Anar Kərimov:

 

- Mədəniyyət naminə sülh qlobal kampaniyasına start veririk. Bizim üçün tarixi bir hadisədir. Bu tarixi hadisədə bizə dəstək olacaq BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ölkəmizdə səfərdədir. O, Füzuli Ağdama səfər etdi, orada ermənilərin törətdiyi vəhşilikləri gördü. Gördüklərindən çox təsirlənmişdi. Təqdim etdiyimiz Mədəniyyət naminə sülh qlobal layihəmizin məqsədi mədəni irsin dirçəlməsi, insanların doğma torpağına qayıdışı, yaşaması sülhün bərqərar olması üçün bir çağırışdır. Azərbaycan bu kampaniya ilə bir daha da göstərir ki, baxmayaraq ki, Azərbaycan işğala məruz qalıb, abidələri dağıdılıb, yenə dünyaya sülhlə çağırış edir. İnanırıq ki, sülhə çağırışımızı beynəlxalq təşkilatlar dəstəkləyəcək bu dünyada qlobal bir hərəkata çevriləcək.

 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos:

 

- Bu gün həm Azərbaycan, həm BMT, həm beynəlxalq ictimaiyyət üçün vacib gündür. Çünki bu gün yeni bir təşəbbüsə başlayırıq. Əlbəttə ki, yeni təşəbbüslər həmişə önəmlidir. Bu günün reallığına problemlərinə cavab vermək üçün yeni mexanizm alətlər tapmalıyıq. Bu gün təqdimatı keçirilən Mədəniyyət naminə sülh layihəsi dünyada yeni bir təşəbbüsdür. Biz bilməliyik ki, çətin dövrlərin öhdəsindən necə gələ bilərik. XX əsr elm əsri idi, XXI əsrin əvvəllərini isə yeni təşəbbüslər fərqli baxışlar, müsbət konsepsiyalar dövrü adlandırmaq olar. Bu təşəbbüs bir platformaya çevrilməlidir. Bir növ biz sizə ehtiram göstərib, sizdən ehtiram gözləyirik mesajını verməlidir. Yeni diplomatik təşəbbüslər beynəlxalq gündəm yaradır mən bu təşəbbüsü qlobal səviyyədə təqdim etməyi planlaşdırıram. İnnovativ konsepsiyaya görə mədəniyyət naziri Anar Kərimova təşəkkür edirəm.

 

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə:

 

- BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ölkəmizə səfəri çərçivəsində Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin dəstəyi ilə Mədəniyyət naminə sülh kampaniyasına start verilir. Layihənin əsas ideyası sülh tərəfdaşları olan beynəlxalq qurumları, ölkələri, QHT-ləri sülh üçün səfərbər edib bu vasitə ilə mədəniyyətin bərpasını təmin etməkdir. Bilirsiniz ki, işğaldan azad olunan ərazilərimizdə mədəni irsimiz, tariximiz məhv edilib. Biz hesab edirik ki, bu ərazilərdə tarixi və mədəniyyəti bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Bu quruculuq prosesində də Azərbaycan dünyada yeni qlobal bir layihə ilə çıxış edir. Hazırda bu layihədə bir neçə tərəfdaşımız var İCESCO, TÜRKSOY, Böyük Britaniyanın Sülh, EtimadSosial Münasibətlər İnstitutu, BMT Sivilizasiyalar Alyansı. Təqdimatdan sonra digər beynəlxalq təşkilatlarla da bu istiqamətdə müzakirələr aparılacaq. Gələcəkdə Azərbaycanın təşəbbüsü ilə yaradılan bu layihə postmüharibə dövründə olan regionlarda sülh prosesində real fəaliyyətləri özündə əks etdirəcək.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.3.