Qarabağın musiqi irsi və Ərtoğrol Cavid

 

AMEA-nın Hüseyn Cavidin Ev-Muzeyi Qarabağın musiqi irsi və Ərtoğrol Cavid kitabını nəşrə hazırlayıb. Kitabın tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

 

Nəşrdə Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdıoğlu, Süleyman MansurovCamal Cəfərovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında oxunan mahnılar və digər materiallar, Hüseyn Cavidin dünyadan vaxtsız köçmüş oğlu, dərin analitik düşüncə sahibi Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları yer alıb.

 

Kitabın hazırlanmasında Ərtoğrol Cavidin muzeyin fondunda saxlanılan şəxsi arxivinə aid materiallardan istifadə olunub.

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.2.