Bəşəri tarixə bağlı Azərbaycan toponimləri

 

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantı, Türk dünyasının toponimik tədqiqatçıları arasında özünün dəst-xətti ilə seçilən, qayaüstü rəsmlərin və qədim xalçaların yorulmaz araşdırıcısı Şakir Qabıssanlının Bəşəri tarixə bağlı Azərbaycan toponimləri adlı kitabı çapdan çıxıb.

 

Kitab AMEA-nın akademik Həsən Əliyev adına CoğrafiyaFolklor institutları Elmi şuralarının qərarı ilə nəşr edilib. Əsərin elmi redaktoru Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Zaur İmranidir.

 

Müəllif kitabında özünün fərqli yanaşmaları ilə bəşər tarixinin ilkin qaynaqlarına dair toponimlərin Azərbaycanla bağlılığını önə çəkir, mülahizələrini dinielmi əsaslarla sübut etməyə çalışır. Toponimlərin areallarının dünyaya bağlılığının Azərbaycanla əlaqələri göstərilməklə yanaşı, dilçilik, fəlsəfi və tarixi baxımdan başlanğıc təkanının Azərbaycandan başlanması tarixi faktlarla irəli sürülür. Digər tərəfdən, Azərbaycanla bağlı qədim toponimlərin saxtalaşdırılma amilləri üzə çıxarılır, qədim tarixi adların mifoloji-fəlsəfi mənaları özünə qaytarılır. Kitabda bir çox toponimlərin dünyanın ilk petroqlifləri olan Qobustan qayaüstü təsvirlərinin sivil davamı sayılan xalça işarələri ilə əlaqəsi məntiqi mənalarla önə çəkilir.

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.6.