XX əsrin ən dəhşətli insanlıq cinayəti

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Xocalı soyqırımı: XX əsrin ən dəhşətli insanlıq cinayəti mövzusunda onlayn tədbir keçirilib.

 

ATMU-nun rektoru İlham Mədətov 29 il əvvəl baş vermiş faciədən, onun acı nəticələrindən söz açıb. Qeyd edib ki, soyqırımı gerçəklərinin dünyaya çatdırılması üçün dövlətimiz tərəfindən, habelə müxtəlif təşkilatların iştirakı ilə ardıcıl fəaliyyət həyata keçirilir, Xocalıya ədalət! beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri təşkil edilir.

 

Onlayn tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin baş məsləhətçisi Samirə Hüseynova, 2020-ci il Vətən müharibəsinin iştirakçısı, ATMU-nun məzunu Emin Nəcəfov çıxış ediblər.

 

Universitetin struktur rəhbərləri və tələbələri Xocalı faciəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Xocalı soyqırımı qurbanları ilə bağlı videoçarx təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.7.