“Fəlakətdən keçib
qalib gəlmək”
Belarusda azərbaycanlı rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib.
Azərbaycanın Belarusdakı Səfirliyindən verilən məlumata görə, rəssam “Fəlakətdən keçib qalib gəlmək” adlı yeni əsərində güclü ruha və iradəyə malik olan xalqın əzmini təcəssüm etdirməyə çalışıb.
“Azərbaycan xalqı uzun
illərdən sonra ilk
dəfə işğal olunmuş
əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün
xatırlayır, bir tərəfdən
xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən
isə şəhidlərimizin qanının yerdə
qalmamasından, torpaqlarımızın işğaldan
azad olunmasından fərəh hissi keçirirdik. Vətən
o zaman var
ki, onun
torpağını göz yaşları
ilə suvaran və qorumağa
hazır olan ərləri var.
Torpaq, uğrunda
ölən varsa, Vətəndir!”, – deyə
Nailə Qəndilova əlavə edib.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.8.