Bu dünyanı mən təcrübə eylədim...”

 

Aşıq Ələsgər-200

 

 

Azərbaycan aşıq sənətinin azman ustadlarından söz açılanda ilk yada düşənlərdən biri də Aşıq Ələsgərdir. Bu il böyük sənətkarın anadan olmasının 200 illiyidir. Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda Aşıq Ələsgərin xalq ruhunun ifadəsi olan əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi qeyd olunur. Bildirilir ki, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

 

Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə Azərbaycanın qədim saz-söz məkanlarından olan Göyçə elinin Ağkilsə kəndində dünyaya göz açıb. Güzəranın çətinliyindən yaxşı təhsil ala bilməsə də, erkən çağlardan şeirə, sənətə maraq göstərir. Bədahətən şeirlər qoşur. Dövrün ustad aşıqlarının apardığı məclislərdə iştirak edir, bu ulu sənətə marağı daha da artır. Atası onu sənətin sirlərini öyrənmək üçün məşhur Aşıq Alının yanında şəyird verir. Ələsgər ustadın yanında böyük məktəb keçir. O, təkcə ifaçılıq məsələləri öyrənmir, eyni zamanda bu sənətin əsas meyarlarından sayılan ədəb və mərifət qaydalarını da mənimsəyir. Aşıq Alı apardığı toy məclislərinin birində Ələsgərlə deyişir. Şəyirdinin şöhrətini qaldırmaq məqsədilə qəsdən ona məğlub olaraq sazını ona təslim etmək istəyir. Ələsgər isə böyük təvazökarlıqla ustadının qarşısında baş əyir. Ona öz ehtiramını bildirirdeyir:

 

Bir şəyird ki ustadına kəm baxa,

Onun gözlərinə qan damar, damar.

 

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncədə el şənliklərində iştirak edir, toy məclisləri aparır. Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi kimi həm gözəl ifası, həm bədii yaradıcılığı ilə xalqın sevimlisinə çevrilir. Aşıq Ələsgərin şöhrəti getdikcə ölkəmizin hüdudlarını aşır, qonşu Türkiyə, İran Dağıstanda da rəğbətlə qarşılanır.

 

1915-ci ildə sənətkarın ailəsində bədbəxt hadisə baş verir. Həmin il vaxtilə şəyirdi olmuş qardaşı oğlu, həm kürəkəni Aşıq Qurbanı vaxtsız itirir. Bundan sonra qocaman aşıq bir daha əlinə saz almasa da, yenə bədahətən şeirlər qoşur, zəmanənin haqsızlıqlarına etirazını bildirir.

 

Araşdırmalarda qeyd olunur ki, mənfur ermənilər 1918-ci ilin martında soydaşlarımıza qarşı soyqırımı törətdiyi zaman sənətkarın doğma eli Göyçə mahalı da talan edilir. Erməni quldur dəstələri əhalini öz dədə-baba yurdundan didərgin salır. İsti ocağından köçməyə məcbur qalanlar arasında ustad sənətkarın ailəsi vardı. Aşıq Ələsgər Kəlbəcər rayonunun Yanşaq kəndinə pənah gətirir, iki il burada yaşayır. Sonra Tərtər rayonuna köçür. Bu müddətdə ata-baba yurdu Göyçə eli üçün çox darıxır. 1921-ci ildə Ağkilsəyə qayıdır. Ömrünün son illərini doğma kənddə keçirir. Tez-tez xəyalən keçmiş günlərə qayıdır. Vəfasız dünya, həyat barədə düşünür:

 

Səksəni, doxsanı keçibdir yaşım,

Əzrayıl həmdəmim, məzar yoldaşım.

Gor deyə tərpənir bəlalı başım,

Daha köç təbilin çal, qoca baxtım.

 

Azərbaycan aşıq sənətində dərin iz qoyan görkəmli sənətkar 7 mart 1926-cı ildə dünyaya göz açdığı Ağkilsə kəndində vəfat edib.

 

Aşıq Ələsgərin şeirləri vəfatından bir il sonra ilk dəfə nəşr olunub. MüəllifinDağlar”, “Bizim dağlarşeirləri 1927-ci ildəYeni kəndjurnalında dərc edilib. Haqqında ilk dəfə tərtib edilən kitab (“Aşıq Ələsgər”) isə 1934-cü ildə işıq üzü görüb.

 

1972-ci ildə görkəmli sənətkarın anadan olmasının 150 illiyi böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanaraq çap edilib.

 

Aşıq Ələsgərin həyat yaradıcılığı daim diqqət mərkəzində olub. Xatirəsi əbədiləşdirilib. Adına küçə, mədəniyyət sarayı var. 2002-ci ildə əslən Göyçədən olan  Hüseyn Həsənov sənətkara dərin ehtiramının nümunəsi olaraq Bakıdakı evindəAşıq Ələsgər muzeyiyaratmışdı. Onun topladığı eksponatlar arasında Aşıq Ələsgərə məxsus saz, xrom çəkmə, bel kəməri, tanınmış aşıqların fotoşəkilləri, lent yazıları, şair-aşıqların kitabları s. var.

 

***

 

Sənətkarın yaradıcılığı tərbiyəvi fikirlərlə zəngindir. Ayrı-ayrı şeirlərində işlənən onlarla misra el arasında zərb-məsələ çevrilib: “Qarı düşmən bir gəlib dost olmaz”, “Haqdan yanan çıraq bad ilə sönməz”, “Dövlətdən qismətin båş arşın ağdı”, “Can dåməklə candan can əskik olmaz”, “Qiyamət odundan pisdir tənə söz”, “Dost uzaq olmaqla könül yad olmaz”, “Dərd tüğyan åyləsə, måy içmək olar”, “Sayğısız iyidi düşman aldadar”, “Kişi gərək dådiyindən dönməsin”, “Qonşuya kəc baxan özü ac olur s.

 

Aşıq Ələsgərin yaradıcılığı ilə yaxından tanış olduqca onu incə, həssas qəlbli, sözünün qiymətini bilən bir sənətkar olduğunu görürsən. O, həqiqətən, gözəlliyi duyan, aşiqanə bir dillə vəsf ådən şairdir. Həm bir åşq əhli, gözəllik aşiqidir. Bu åşq məhəbbət duyğusu ömrünün sonuna qədər onu tərk åtməyib. Yaratdığı əsərləri ilə ruhumuza Vətəninqüdrətdən səngərli, qalalı dağlarındanucalıq, dupduru bulaqlarından şəffaflıq səfalı yaylaqlarından bir sərinlik bəxş edir.

 

Vətənimizin əsrarəngiz təbiətinə həsr olunmuş şeirlərində müəllifin yurdsevərliyi, xalqına bağlılığı qabarıq ifadə olunub. OnunYaylaq”, “Gördüm”, “Dağlarrədifli qoşmalarında bu duyğular daha aşkar görünür. “Yaylaqqoşmasında yazda el-obanın arandan qalxaraq üz tutduğu səfalı yaylaqlar seyrəngahlar gözəl poetik dillə tərənnüm edilir:

 

Könlüm qaranquştək uçub qoynuna,

Gəzir hər yamacı, hər yalı, yaylaq!

Ruhum təzələnir, məst olur ürək,

Görəndə bu çağı, bu halı, yaylaq!

 

Aşıq Ələsgər həm cəmiyyətdə gedən proseslərə münasibət bildirib, ədalətsizliyə, istismara qarşı səsini ucaldıb. O, “Çıxıbdı”, “Görmədim s. şeirlərində həyatda qarşılaşdığı nöqsanları, haqsızlığı özbaşınalığı kəskin tənqid edir. İnsanları dövrün hadisələrindən nəticə çıxarmağa çağırır, öz müdrik tövsiyələrini verir:

 

Bu dünyanı mən təcrübə eylədim,

Namərd körpü salsa, onda ad olmaz.

Bir mərd ilə ağı yesən, şirindi,

Yüz namərdlə şəkər yesən, dad olmaz.

 

Aşıq şeirinin əksər janrlarında bir-birindən dəyərli əsərlər yaradan sənətkarın zəngin irsi bu gün öz dəyərini qoruyub saxlayır. Aşıq Ələsgərin sözləridə bəstələnən mahnılar könülləri oxşayır. Çağdaş aşıqlar tez-tez onun söz boğçasından faydalanırlar.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.7.