Tədbirlər, onlayn layihələr

Sumqayıt Regional Mədəniyyət İdarəsində onlayn müşavirə keçirilib. İdarənin rəisi Rəşad Əliyev regional idarənin əhatə etdiyi müəssisələrin təsərrüfat fəaliyyətinə ciddi riayət edilməsi, dövlət əmlakının qorunması, inventar və avadanlıqların saxlanılmasına məsuliyyətlə yanaşılması, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusi sanitar-profilaktik tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad, Hacıqabul rayonları və Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrində olub. İdarə rəisi mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına dair tövsiyələrini verib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax rayon mədəniyyət müəssisələri 1 mart - Dünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans keçiriblər.

 

Tovuz rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin əməkdaşları onlayn Nağıl saatı keçiriblər.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin xanəndəlik ixtisası üzrə IV sinif şagirdləri Elton Əhmədli və Şadman Bəlqiyaslı Qazaxıstanın Nur-Sultan şəhərində keçirilmiş I Beynəlxalq vokalxor sənəti onlayn müsabiqəsində uğurla çıxış edərək Qran-pri mükafatına layiq görülüblər.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon MKS-nin Mərkəzi kitabxanasının abonement bölməsinin müdiri Telli Nəsibova Günlərdən poeziya adlı layihə çərçivəsində Samux şəhər 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Almayə Həmzəyeva ilə onlayn görüş keçirib. A.Həmzəyeva Nizami Gəncəvinin zəngin bədii irsinə nəzər yetirib.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin onlayn formatda şura iclası keçirilib. İdarə rəisi İlyas Hacıyev nazirlik tərəfindən mədəniyyət sahəsinin inkişafı üzrə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlar verib, iclas iştirakçılarının sual və təklifləri dinlənilib.

 

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları tanınmış aktyorrejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin (1911-1987) 110 illiyi ilə əlaqədar videoçarxlar hazırlayıblar.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin inkişafkaryera mərkəzi Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Qarabağ gözəl yurdum mövzusunda müsabiqəyə yekun vurulub.

 

Gənclər arasında Viləş uşaq bağçasının gənc müəllimi Günəş Əliyeva I, məktəblilər arasında Masallı şəhər 2 nömrəli məktəbin VIII sinif şagirdi Zeynəb Təhməzli və şəhər 3 nömrəli məktəbin V sinif şagirdi Lalə Fəttayeva birinci, Musaküçə kənd orta məktəbinin IV sinif şagirdi Tural Qulamlı və şəhər 2 nömrəli məktəbin VII sinif şagirdi Fidan Əliyeva II, Güllütəpə kənd orta məktəbinin IV sinif şagirdi Ruhid Ocaqov və Musaküçə məktəbinin V sinif şagirdi Fizzə Həsənova üçüncü yerlərə layiq görülüblər.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.4.