Uşaq ədəbiyyatımızın sönməz çırağı

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə görkəmli maarif xadimi və ədib Abdulla Şaiqin 140 illiyinə həsr olunan “Azərbaycan uşaq ədəbiyyatının banisimövzusunda videokonfrans keçirilib.

 

Tədbir çərçivəsində şairin yubileyi münasibətilə videoçarx nümayiş olunub.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşəbbüsü ilə Abdulla Şaiqin 140 illiyi münasibətilə “Uşaq ədəbiyyatımızın sönməz çırağı” adlı onlayn tədbir keçirilib. Çıxışlarda Abdulla Şaiqin əsərlərinin böyük tərbiyəvi əhəmiyyətindən söz açılıb.

 

Goranboy rayon MKS-nin Uşaq şöbəsi isə Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar “Yazıçı və zaman” adlı videokonfrans keçirib.

 

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.4.