CSO-nun möhtəşəm musiqi salonu ilə tanışlıq

 

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ankarada Cumhurbaşqanlığı Simfonik Orkestrinin (CSO) yeni binası ilə də tanış olub.

 

Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib.

 

Qeyd edək ki, bu orkestrin tarixi 1826-cı ilə gedib çıxır. Həmin il, Osmanlı Sultanı II. Mahmudun dövründə İstanbulda Qərb klassik musiqi ifaçılığına uyğun ilk kollektiv – “MızıkaHümayunadlı orkestr qurulub. Orkestrə ilk rəhbərliyi İtaliyadan dəvət olunmuş bəstəkar, dirijor Giuseppe Donizetti edib.

 

1924-cü ildə Türkiyə Cümhuriyyətinin rəhbəri Mustafa Kamal Atatürkün göstərişi ilə orkestr İstanbuldan Ankaraya köçürülüb. Kollektivə 1932-ci ildə Cumhurbaşqanı Filarmonik Orkestri (Riyaset-i Cumhur Filarmoni Orkestrası) adı verilib. 1957-ci ildən Cumhurbaşqanlığı Simfonik Orkestri (CSO) adı altında fəaliyyət göstərir Türkiyə Mədəniyyət Turizm Nazirliyinin tabeliyindədir.

 

2020-ci ildə CSO-nun möhtəşəm musiqi salonu olan yeni binası istifadəyə verilib.

 

Ən yüksək akustik imkanlara müasir texniki təchizata malik 2000 nəfər tamaşaçı yeri olan böyük konsert salonundan savayı, burada 500 650 nəfərlik iki salon da var. CSO-nun nəzdində musiqi təhsili verən CSO Akademiya, habelə  uşaqlar üçün “CSO Çocukproqramı fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.3.