ADRA Xocalıya həsr edilən onlayn rəsm sərgisini təqdim edib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn sərgi təqdim edib.

 

Akademiyadan bildirilib ki, sərgidə gənclərin bu dəhşətli faciə ilə bağlı təəssüratlarını əks etdirən rəngkarlıq, toxuculuq, qrafika əsərləri nümayiş etdirilir.

 

Onlayn sərgidə Emin Aslanovun Xocalı, Murad Ələkbərzadənin Azərbaycanın faciəvi tarixi, Stop! Terror!, Ramin Rüstəmovun Müharibələr, Cavidan Əhmədovun Yurda təcavüz, Fərəh Mirzəyevanın Qarabağ tarixi silsiləsi, Səxavət Abdullayevin Əsgərlər, Asim Bayramovun Qaçqınlar, Bayram Bayramovun Müharibə ərəfəsində, Elşad Əliyevin Müharibə, Zamin Abbasovun Qaçqınlar, Aysel Əmirovanın Xeyir və şər, Akif Yarışovun Qaçqınlar, Humay Kərimovanın Xocalı adlı kompozisiyaları yer alıb.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.5.