Bolqarıstan uşaqların gözü ilə

Bolqarıstan Respublikasının Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə onlayn rəsm müsabiqəsi keçirib.

 

Səfirlikdən verilən məlumata görə, Bolqarıstan uşaqların gözü ilə adlı müsabiqədə 6-10 yaş və 11-16 yaşınadək olan 40-dan çox uşaq iştirak edib.

 

Münsiflər heyətinin rəyinə görə, 6-10 yaşınadək uşaqlar arasında Məryəm Mövlamlı birinci, Dəniz Quliyeva ikinci, Zəhra Əbdürəhmanlı üçüncü yeri tutub.

 

11-16 yaşınadək uşaqlar arasında Mədinə Həmzətova, Gülxanım Əmirli və Ülkər Əliyeva qalib olublar.

 

Müsabiqədə iştirak edən 40-dan çox balaca rəssama mükafatlar verilib.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.8.