Azərbaycan dilçiliyində tarixi qrammatikanın banisi

 

 

Azərbaycanda dilçilik elminin inkişafına töhfələr verən görkəmli alimlərdən biri türkoloq, filologiya elmləri doktoru, professor Hadi Mizəzadədir.

 

Hadi İsmayıl oğlu Mirzəzadə 28 fevral 1908-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini 1925-ci ildə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunur. 1929-cu ildə təhsilini başa vurub respublikanın müxtəlif orta ali məktəblərində pedaqoji fəaliyyət göstərir. Şamaxı Naxçıvanda pedaqoji məktəblərdə, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışır.

 

Hadi İsmayılov daha sonra təhsil aldığı Azərbaycan Dövlət Universitetinin Ümumi dilçilik kafedrasında işə başlayır. Dolğun, məzmunlu mühazirələri ilə müəllim tələbələr arasında hörmət qazanır. “XIX əsr Azərbaycan nəsr dili” mövzusunda 1947-ci ildə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alır. Azərbaycan dili tarixi tədris kursunun yaradıcılarından olan alim elmi yaradıcılığında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir ümumən “Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin ana dili tarixindəki mövqeyini dəyərləndirib. Onun elmi əsərləri arasında “Cəlil Məmmədquluzadənin dili”, “Sabirin şeir dili haqqında bəzi qeydlər”, “Nizami söz haqqında”, “Cəfər Cabbarlının dili”, “Osman Sarıvəllinin bədii dili üslubu haqqında bəzi qeydlər”, “Məhəmməd Füzulinin dili” s. tədqiqatları dilçilik elmimizi zənginləşdirib.

 

Hadi Mirzəzadə 1953-1955-ci illərdə dəvət əsasında Sofiya Universitetində (Bolqarıstan) müasir türk dilindən mühazirələr oxuyur. Azərbaycan Dövlət Universitetinin Filologiya Şərqşünaslıq fakültələrində Azərbaycan dilinin tarixi kursunu tədris edən alim elmi-pedaqoji kadrların hazırlanmasında bilik təcrübəsini əsirgəmir.

 

Görkəmli dilçi alim, akademik mərhum Tofiq Hacıyev Hadi Mirzəzadənin Azərbaycan elminə töhfələri haqqında yazırdı: “Təməlini qoyduğu tarixi qrammatika elmimizi Hadi müəllimin bir bina kimi mərtəbə-mərtəbə ucaltması gözlərimin qarşısında olub. O, yığdığı dil tarixi nümunələrini təhlil edir, üzərində tədqiqat aparır bunun üstündə tədrisini qururdu. O, tədqiqatlarını dərs vəsaiti kimi çap etdirir tələbələrinə çatdırırdı...”.

 

Hadi Mirzəzadə 1960-cı ildə “Azərbaycan dilinin tarixi morfologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu əsər Azərbaycan dilçiliyində tarixi qrammatika kimi yeni bir sahənin başlanğıcı olur. O, bu sahədə  tədqiqatlarını davam etdirərək tarixi fonetika, tarixi morfologiya tarixi sintaksis sahəsində bir sıra diqqətəlayiq əsərlər ərsəyə gətirir. Müəllifin “Azərbaycan dilinin tarixi qrammatikası” kitabı dilçilik elmimizdə hadisəyə çevrilir. Bu gün ali təhsil ocaqlarında dərslik kimi istifadə edilir.

 

Alimin “Azərbaycan dilinin tarixi fonetikasına dair qeydlər”, “İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi mülahizələr”, “Azərbaycan dilinin tarixi morfologiyası”, “Azərbaycan dilinin tarixi sintaksisi” kimi əsərləri bu gün dilçilərimizin, eləcə elm aləminə qədəm basan ali məktəb tələbələrinin bəhrələndiyi qiymətli tədqiqat əsərləridir.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qızqayıt Mustafayeva Hadi Mirzəzadə haqqında araşdırmasında yazır ki, alim “Azərbaycan dilinin tarixi qrammatikası” kitabında XII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək – 8 əsrlik mövcud olan yazılı abidələrin əksəriyyətini tədqiqata cəlb edib. Məhz bu mənbələr əsasında dilimizin fonetik, qrammatikleksik səviyyələri kitabda öz əksini tapıb. Müəllif bugünkü dilimizin əsrlər boyu inkişaf tarixini izləməklə yanaşı, həm də qədimliyini, sabitliyini, dözümlülüyünü konkret dil faktları əsasında göstərib. Bu abidələrin araşdırılması bir tərəfdən ədəbi dilin formalaşması tarixinə aydınlıq gətirib, digər tərəfdən Azərbaycan dilinin yazılı abidələrlə zəngin olduğunu ortaya qoyub.

 

Görkəmli alimin bu tədqiqatının üstünlüyü onun ilk mənbələri tapması, Azərbaycan dilinin ən kiçik hissəciklərini seçib toplaması və yüksək elmi səviyyədə təhlil edə bilməsində olub. Hadi Mirzəzadənin tədqiqatlarında yüksək elmiliklə yanaşı, həm də üslubi dəqiqlik var. O öz araşdırmalarında qədim və Orta əsrlər türk dili abidələrini, Mahmud Kaşğari, İbn Mühənna, Hinduşah Naxçıvaninin lüğətlərini, XVI və sonrakı əsrlərə aid rəsmi sənədləri də dövrün mötəbər mənbələri kimi əsas götürüb...

 

Azərbaycan dilçiliyində özünəməxsus iz qoyan, mükəmməl pedaqoqluğu və əsl alim məziyyətləri ilə yaddaşlara köçən professor Hadi Mirzəzadə 1965-ci ildə, 57 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.-2021.- 5 mart.- S.6.