Yurdumuza bahar gəlir rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

 

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan Yurdumuza bahar gəlir Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi ilə reallaşan layihə Nizami Gəncəvi İli çərçivəsində təşkil olunub.

 

Müsabiqənin məqsədi gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq, Novruz bayramının daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsidir.

 

Müsabiqədə 3 yaş qrupu üzrə (12 yaşa qədər, 12-17 yaş arası və 17-21 yaş) respublikamızın müxtəlif guşələrindən mindən çox uşaq və yeniyetmə iştirak edib. Əsərlərin qəbulu zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya və rəng seçimi, ideya, mövzu, kənar müdaxilə nəzərə alınıb.

 

Seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) isə təşəkkürnamə ilə təltif olunacaq.

 

Seçilmiş əl işlərinin onlayn sərgisi barədə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin saytsosial şəbəkə hesabları vasitəsilə məlumat veriləcək.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.2.