Beynəlxalq Qadınlar Gününə həsr edilmiş onlayn tədbir

 

Martın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfirliyi Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş onlayn tədbir keçirib.

 

Səfirliyin müvəqqəti işlər vəkili Abdalla Əl-Şəmsi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ölkənin inkişafında aktiv qadınların olmasından qürur duyur. Ölkənin təqvimində xanımlara həsr olunmuş xüsusi gün var 28 avqust. Həmin gün qadınların ölkənin inkişafındakı rolunu tanıtmaq məqsədi daşıyır. Qeyd edilən tarix 1975-ci ildə ölkədə Ümumi Qadınlar Birliyinin yaranmasına təsadüf edir.

 

Diqqətə çatdırılıb ki, BƏƏ konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və ölkədəki qadınlar kişilərlə eyni hüquqi statusahüquqlara sahibdirlər. Ölkədə nazir vəzifəsində olan qadınlar da var.

 

Əmirlik qadınları xarici ölkələrdə diplomat kimi də fəaliyyət göstərirlər. Federal Milli Şuranın seçilmiş üzvlərinin 50 faizi qadın olmalıdır.

 

Onlayn tədbirdə Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Mətanət Məmmədova Azərbaycanın görkəmli idmançı qadınları, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin əməkdaşı Günel Məmmədova Qadın hüquqlarının genişləndirilməsində mədəni və kreativ sənayelərin rolu, Təhsil Nazirliyinin əməkdaşı Teymur Şirinov Gender bərabərliyində təhsilin rolu mövzusunda çıxış ediblər.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.2.