TÜRKSOY-dakı Nizami Gəncəvi sərgisində yüzdən çox kitab təqdim olunub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm və kitab sərgilərinin keçirilməsi mühüm bir hadisədir. Bu sərgidə Azərbaycan Milli Kitabxanasının fondundan müxtəlif dillərdə yüzdən artıq nəşr, o cümlədən nadir kitablar nümayiş olunub. TÜRKSOY, hər zaman olduğu kimi, Nizami Gəncəvi İli çərçivəsində də tədbirlərin təşkilinə böyük önəm verir.

 

Bu fikirləri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.

 

O, bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında Nizami Gəncəvi İli elan edilməsi haqqında sərəncamının icrası ilə bağlı bir sıra ölkələrdə belə tanıtma tədbirləri təşkil olunacaq.

 

Milli Kitabxananın direktoru ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər pandemiya məhdudiyyətləri aradan qalxacaq Nizami Gəncəvi İlinin yekununda möhtəşəm bir tədbir təşkil olunacaq.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.4.