Nümayəndə heyətinin sahələr üzrə görüşləri keçirilib

Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib.

 

***

 

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət OperaBalet Müdiriyyətinin rəhbəri, dünya şöhrətli tenor Murat Karahanla görüşüb.

 

Görüşdə Türkiyə və Azərbaycan arasında operabalet sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

 

Dövlət OperaBalet Müdiriyyəti Türkiyədə opera, baletmusiqi sənətini ictimaiyyətə tanıtmaq və yaymaq məqsədilə opera, operettabalet tamaşaları ilə konsertlər keçirir, daxilixarici qastrol səfərləri, habelə milli və beynəlxalq festivallar təşkil edir.

 

***

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Türkiyənin Demirörən Haber Ajansının (DHA) müdir müavini İclal Tuncaykommunikasiyamarketinq müdiri Ayşe Kırımlı ilə görüş keçirib.

 

Görüşdə ikitərəfli münasibətlər, media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi barədə söhbət açılıb, Azərbaycanla Türkiyə arasında birgə əməkdaşlığın nəticəsi olaraq reallaşan layihələrin Türkiyə mətbuatında işıqlandırılması, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Demirörən Haber Ajansı Türkiyənin konqlomerat şirkəti olan Demirören Holdingin tərkibində fəaliyyət göstərir. Şirkət Hürriyet, Milliyet, Vatan, Posta, CNNTürk, FanatikDoğan Haber Ajansı kimi ölkənin ən iri media qruplarına sahibdir.

 

***

 

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Akif Marifli və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasını ziyarət ediblər.

 

Akif Marifli və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşriyyatlar idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş arasında keçirilən görüşdə ölkəmizdə kitabxanaların rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması prosesində Türkiyə təcrübəsinin tətbiqi məsələləri müzakirə edilib.

 

TEDA proqramı üzrə əməkdaşlıq, təcrübə mübadiləsinin və ortaq layihələrin hazırlanması, həmçinin Azərbaycanın İstanbul Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Türkiyənin Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə söz açılıb, hər iki ölkənin nəşriyyatları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.4.