Yel çərşənbəsi münasibətilə onlayn konsert proqramı

 

Sabirabad rayon Mədəniyyət Mərkəzi və Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Novruzun müjdəçisi olan üçüncü çərşənbə  Yel çərşənbəsi münasibətilə onlayn konsert proqramı keçirilib.

 

Facebooksosial şəbəkəsi üzərindən Nicat Əliyevin təqdim etdiyi proqramda müğənnilər Şamil Ağayev, Zoya Məmmədova, Sərxan Baxşıyev və aşıq Yunis Şükürov xalqımızı Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək şən mahnılar ifa ediblər.       

 

Novruzun rəmzləri olan Keçəl, KosaBahar qızının bayram təbrikləri tədbirdə əsl bayram coşqusu yaradıb. Onlayn yayımda “Facebook” izləyicilərinin  təbrikləri də səsləndirilib.

 

Yel çərşənbəniz mübarək!

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.1.