İCESCO-nun “Qadın İli” başlayır

 

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) 2021-ci ili İslam aləmində “Qadın İlielan edib.

 

Bu münasibətlə martın 11-də İslam ölkələrinin birinci xanımları, şahzadələr və nazirlərin iştirakı ilə “Qadınlar gələcək naminə” şüarı altında keçiriləcək tədbirlərin virtual açılış mərasimi olacaq.

 

İCESCO-nun qərargahından bildiriblər ki, “Qadınlar gələcəyin ilhamverici rəmzi” mövzusunda keçiriləcək açılış mərasimində və davam edəcək üç panel iclasında qadınların cəmiyyətin inkişafında, elm və təhsildə rolunun artırılması, gənc qızların təhsili və cəmiyyət həyatının müxtəlif sahələrində layiqli yerlərini tutmaları üçün yeni layihələrin həyata keçirilməsi müzakirə ediləcək.

 

Bütün bu məsələlər mərasimin yekununa dair qəbul ediləcək bəyannamədə əksini tapacaq.

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.1.