Fuad Poladovun Qacarı Teatr Muzeyinə hədiyyə olunub

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə mərhum Xalq artisti Fuad Poladovun Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar (Əli Əmirli) tamaşasında yaratdığı baş qəhrəmanın Xalq rəssamı Arif Hüseynov tərəfindən çəkilmiş qrafik portreti muzeyə təqdim olunub.

 

Tədbir çərçivəsində sənətkarın yaradıcılığı barədə, eləcə də Akademik Milli Dram Teatrının səhnəsində oynanılan tamaşa ətrafında müzakirələr aparılıb.

 

Fuad Poladovun muzeyin fondunda saxlanılan fotolarından ibarət videoçarx nümayiş olunub, oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

 

Tədbirdə Əməkdar incəsənət xadimləri sənətşünas Ziyadxan Əliyev, dramaturq Əli Əmirli, teatrşünas Aydın Talıbzadə, aktyorun ailə üzvləri də iştirak ediblər.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.1.