Nizami Gəncəvi və Yunus Əmrə haqqında telelayihə Beynəlxalq Muğam Mərkəzindən yayımlanacaq

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıçla görüş keçirilib.

 

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov mədəniyyət ocağının fəaliyyəti və yaranma tarixi barədə qonağa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələr arasında UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan muğamının geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.

 

Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

 

Selçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində də ön planda olduğunu və gələcəkdə də bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

 

Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus və türkcənin “dünya dilikimi təbliğ edilməsi ilielan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin Dövlət Himni – “İstiqlal marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək.

 

Görüşdə Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan televiziya layihəsi BMM-dən yayımlanması ilə bağlı razılıq əldə edilib.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.3.