Nizaminin 880 illiyinə həsr olunan konfranslara tezis və məqalə qəbulu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək. Konfrans dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr ediləcək.

 

Universitetdən bildirilib ki, mayın 14-də keçirilməsi nəzərdə tutulan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn təşkil olunacaq.

 

İştirak etmək istəyənlər tezislərini aprelin 5-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Konfransa sənətşünaslıq (muzeyşünaslıq), musiqi sənəti, kino, televiziya və digər ekran sənətləri, teatr sənəti, təsviri sənət, fəlsəfə, ilahiyyatpsixologiya bölmələri üzrə tezislər qəbul edilir. Konfrans muzeyşünaslıq, arxiv və abidələrin qorunması, kinoşünaslıq, mədəniyyət tarixi və nəzəriyyəsi, sosial , turizmkitabxana, təsviri incəsənət tarixi və nəzəriyyəsi, musiqişünaslıq, teatrşünaslıq, rejissorluq istiqamətlərini əhatə edir.

 

***

 

Azərbaycan İlahiyyat İnstitutu isə mayın 21-də Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı mövzusunda elmi konfrans təşkil edəcək.

 

Konfrans Nizami yaradıcılığında dini-fəlsəfi motivlər, irfani düşüncə tərzi və ədalət konsepsiyası, islami dəyərlər, peyğəmbərin mədhi və nət ənənəsi, Xəmsədə minacat, habelə multikulturaltolerant dəyərlər, humanizm ideyaları, Nizami Gəncəvi qəhrəmanlarının dini mənsubiyyəti, şairin əsərlərində insan haqlarının təbliği, nizamişünaslığın aktual problemləri və digər bu kimi mövzuları əhatə edəcək.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.4.