Tarix Muzeyinin yeni saytının təqdimatı

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin yeni rəsmi internet səhifəsinin təqdimatı olub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, saytın yeni dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün imkanlar yaradır. Bildirilib ki, saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib.

 

Saytın əsas səhifəsiZiyarətini planlaşdırbölməsi ilə başlayır. Burada muzeyin saatları, ekspozisiyaya giriş bileti, xidmətlərin qiyməti ziyarət qaydaları yer alır.

 

Muzeydə keçirilməsi planlaşdırılan sərgilər, tədbirlər mühazirələr haqqında elanlarTəqvimbölməsində əksini tapacaq.

 

Xəbərlərbölməsində muzeyin fəaliyyətində baş verən yeniliklər, tarixçi alimlərin çap olunmuş elmi əsərləri, həmçinin muzey əməkdaşlarının iştirak etdikləri beynəlxalq tədbirlər, beynəlxalq konfranslar digər maraqlı məlumatlarla tanış olmaq mümkündür.

 

Muzeydə fəaliyyət göstərən klublar, layihələr, onlayn mühazirələr “Bizimlə öyrən” bölməsində yer alır.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.4.