İslam ölkələrində
qadınların rolunu artırmağa
çağırış
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı bəyanatında İslam ölkələrində qadınların rolunu artırmağa, onlara qarşı ayrı-seçkiliyi aradan qaldırmağa çağırıb.
Bəyanatda deyilir: “Qadınlara diqqət İƏT üçün prioritet istiqamətdir. Təşkilat hesab edir ki, cəmiyyətin hərtərəfli inkişafında qadınların fəal rolunun təmin edilməsi istiqamətində daha konkret tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə İƏT “Qadınların rəhbər vəzifələr tutması COVİD-19 şəraitində bərabərliyin təminatıdır” şüarı altında kampaniya başladıb. Bu kontekstdə zərif cinsin nümayəndələrinin postpandemiya dövründə sosial-iqtisadi məsələlərin həllinə daha çox cəlb edilməsi böyük əhəmiyyət daşıyır”.
İslam ölkələrinin qadınlarını təbrik
edən İƏT rəhbəri bildirib ki, qadınlar pandemiya
dövründə səhiyyə, təhsil, sosial
sahələrdə aparıcı rol oynayaraq, çevik və müdrik qərar qəbul etmə qabiliyyətlərini
bir daha sübut ediblər. Vurğulayıb
ki, təşkilata üzv
ölkələrdə qadınların statusunu
artırmaq, onlara qarşı
ayrı-seçkiliyin, zorakılığın
qarşısını almaq üçün konfranslar
təşkil olunur, habelə müxtəlif
sahələrdə böyük uğurlara imza
atmış zərif cinsin nümayəndələri
üçün mükafatlar
təsis edilib.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.4.