Ulduzda Qarabağ esseləri

 

 

Azərbaycan Yazıçılar Birliyinin nəşri olan  Ulduz” jurnalının fevral sayında hisslərin, duyğuların, yaddaşın, yaşantıların söz naxışı – Qarabağ esseləri çap olunub.

 

Jurnalın “Qarabağ: esseistika” adlı buraxılışında ədəbiyyatşünaslar Azər Turan, Rüstəm Kamal, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovanın esseləri verilib.

 

Dərgidə həmçinin Təranə Vahid, Vahid Qazi, Günay Səma Şirvan, Mirmehdi Ağaoğlu, Sevinc Nuruqızı, Cəlil Cavanşir, Laura Cəbrayıllı, Günel Natiq, Əbülfət Mədətoğlu, Ramilə Qurbanlı, Tural Turan, Rəfail Tağızadə, Nilufər Şıxlı, Ramin Əhmədli, Leyla Nazlı, Mənsurə Qaçayqızı, Mina Rəşid, Arzu Qazıyeva, Xanım Aydın və başqa müəlliflərin Qarabağ sevgili esseləri dərc olunub.

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.7.