İRS jurnalının ərəb dilində növbəti buraxılışı

 

İRS jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub. Jurnalın bu sayında Azərbaycanın maddi mədəni irsinə, tarixinə, müasir inkişafına, ədəbiyyatına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb. Nəşrdə Azərbaycanın tarixi mədəniyyət mərkəzi qədim Şuşa şəhərinə xüsusi diqqət ayrılıb.

 

Jurnalın ərəbcə buraxılışında baş redaktor Musa Mərcanlının Qarabağ Azərbaycandır!, misirli alim, jurnalist Əhməd Sami əl-Aydinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşmalar, misirli yazıçı və tədqiqatçı Əhməd Tərabikin İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, Akif Fərzəliyevin Şair Nizami Gəncəvinin XIII əsrdə yazılmış Xəmsəsinin əlyazması, Rəna İbrahimbəyovanın Kəlağayı: Azərbaycan qadın baş örtüyü haqqında məlumatlar sərlövhəli məqalələri yer alıb.

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.8.