Portuqaliya kino şirkətinin iştirakı ilə Xocalının hekayəsi filmi çəkilib

Portuqaliyanın Original features kinoşirkəti tərəfindən Story of Khojali (Xocalının hekayəsi) filmi çəkilib. Ssenari müəllifi quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanov olan filmin prodüseri portuqaliyalı rejissor Andre Badalodur.

 

Ekran əsərində erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində sakinlərə qarşı törətdiyi soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.

 

Filmdə obrazları aktrisalar Aygün Fətullayeva Natəvan Abbaslı canlandırıblar. Bəstəkarı Emil Həşimov olan ekran işində tar alətində səsləndirilən musiqilərə üstünlük verilib.

 

Xatırladaq ki, Story of Khojali filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Bundan əvvəl onlar Bakı, mən səni sevirəm kinolayihəsində birgə çalışıblar.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.8.