Hilal Baydarovun filmiNikamükafatının nominantları sırasında

 

 

Rusiya Kino AkademiyasıNikakino mükafatına namizədlərin siyahısını açıqlayıb. Azərbaycanlı rejissor Hilal BaydarovunSəpələnmiş ölümlər arasındafilmi Nikamükafatının nominantları sırasında yer alıb.

 

Film “MDB Baltikyanı ölkələrin ən yaxşı film” kateqoriyasında nominant elan edilib. Bu kateqoriyada Baydarovun filmi ilə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan filmləri yarışır.

 

Xatırladaq ki, Hilal BaydarovunSəpələnmiş ölümlər arasındafilmi ötən il İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Bu, müstəqil Azərbaycanın kino tarixində A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alan ilk bədii filmdir.

 

Azərbaycan, ABŞ Meksika kinematoqrafçılarının birgə istehsalı olan ekran əsərində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran qəhrəman günlərin birində ard-arda qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr narahatlıqlar üzə çıxır.

 

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Rolları Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov Mürvət Əbdüləzizov oynayır.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.2.