Xurşudbanu Natəvana məxsus əlyazmalar bərpa edilib

 

Görkəmli şairə Xurşudbanu Natəvana məxsus əlyazmaların bərpa məqsədilə Azərbaycan Dövlət Teatr Muzeyindən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə təqdim olunduğu barədə xəbər vermişdik.

 

Elmi Bərpa Mərkəzindən bildirilib ki,  təqdim olunan yeddi  əlyazma (Xurşudbanu Natəvanın şeirləri) bərpa olunaraq təhvil verilib.

 

“İnanırıq ki, bərpaçılarımızın peşəkarlığı sayəsində yüksək səviyyədə bərpa olunan bu əlyazmalar  Qarabağın mədəniyyət beşiyi olan Şuşada, Natəvanın ev-muzeyinin ekspozisiyasında ziyarətçilərə təqdim olunacaq”, – deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Xurşudbanu Natəvana məxsus ətəklər də mərkəzdə yüksək səviyyədə bərpa olunub və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunur.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.3.