Müxtəlif səpkili tədbirlər

 

Şəki Regional Mədəniyyət İdarəsində təbliğat və maarifləndirmə işləri ilə əlaqədar videokonfrans formatında görüş keçirilib. İdarə rəisi Mirvari Zeynalova, aparatın işçiləri, idarənin əhatə etdiyi rayonlar üzrə baş məsləhətçilərin və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan gənclərinin Vətən müharibəsindəki böyük şücaətindən danışılıb.

 

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Abid Çələbiyev (kamança) İsraildə keçirilən “Tamuz 98” adlı beynəlxalq onlayn müsabiqədə 1-ci yeri qazanıb.

 

Zaqatala rayon Eyvaz Əlixanov adına Yengiyan kənd Mədəniyyət evində “Yel çərşənbəniz mübarək” adlı tədbir keçirilib. Sosial şəbəkə vasitəsilə yayımlanan onlayn tədbirdə Yel çərşənbəsinə aid bayatılar oxunub, mahnılar səsləndirilib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanasında Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 115 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir çərçivəsində görkəmli şairin yaradıcılığını əks etdirən kitablaronun haqqında yazılan ədəbiyyatlardan ibarət sərgi təşkil olunub. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri tərəfindən şairin şeirlərindən parçalar səsləndirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mədəniyyət Mərkəzi və mərkəzin şəhər və kənd filiallarının birgə təşkilatçılığı ilə Yel çərşənbəsinə həsr edilmiş “Təbəssüm mehi” adlı tədbir  keçirilib. Rayon Xalq teatrının aktyorları maraqlı repertuarla çıxış ediblər.

 

Tovuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi fəal oxucularla birlikdə Xalq şairi Səməd Vurğunun anadan olmasının 115 illiyi münasibətilə onlayn tədbir təşkil edib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Kürdəmir rayonunun Cəyli kənd sakini, sağlamlıq imkanları məhdud olan Fərid Mayılovu evində ziyarət edib, onun əl işləri ilə tanış oldular. Taxta üzərində oyma sənəti ilə məşğul olan Fərid regionda bu qədim sənət növünü yaşadanlardandır. Onun əl işləri Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi müxtəlif tədbirlərdə sərgilənib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialı Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar ədibin Bakıdakı mənzil-muzeyi ilə birgə virtual ekskursiya təşkil edib.

 

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.4.