“Əbədiyyətin məşəl aparanı”

 

 

Respublika Uşaq Kitabxanası “Əbədiyyətin məşəl aparanı – qadın” adlı metodik vəsait hazırlayıb.

 

Şəhər-rayon mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-lərin filialları üçün nəzərdə tutulan vəsaitin məqsədi tariximizdə, müasir dövrümüzdə Azərbaycan qadınının qəhrəmanlığını, mübarizliyini oxuculara çatdırmaqdır.

 

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

 

Vəsait iki hissədən ibarətdir. “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” adlı I hissədə qadın dəyərlərindən bəhs edilir.

 

“Adın şərəflidir sənin,  ey qadın...” adlı II hissədə mövzu üzrə kitabxanalarda təşkili tövsiyə olunan tədbirlərdən söhbət açılır.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.7.