Mədəniyyət Nazirliyi təqdim edir: “Mədəniyyətimizin simaları”

 

 

Tarix sübut edir ki, yüksək mədəniyyətə malik xalq öz inkişafı yolunda müasir dövrün, zamanın yeni çağırışlarına da layiqli şəkildə cavab verməyə və irəliyə doğru inamla addımlamağa qadirdir. Bu baxımdan mədəniyyətin qorunub saxlanılması, inkişaf etdirilməsi, təbliği  və gələcək nəsillərə ötürülməsi  xalqın, dövlətin ümumi tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Mədəniyyət Nazirliyi “Mədəniyyətimizin simaları” adlı layihəyə start verib. Layihə çərçivəsində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan sənətkarların həyat və yaradıcılığına dair qısa fotoslaydvideoçarxlar təqdim olunacaq.

 

“Mədəniyyətimizin simaları” layihəsi çərçivəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, doğma yurdun tərənnümçüsü, Xalq şairi Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 115 illiyinə həsr olunmuş videoçarx təqdim edilib.

 

Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://www.facebook.com/mct.gov.az/videos/2488874684753225/

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.4.