Milli dəyərlərimiz – ornamentlər

 

 

Onlayn rəsm müsabiqəsi

 

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Milli dəyərlərimiz – ornamentlər” respublika rəsm müsabiqəsinə start verilib. Müsabiqə aprelin 10-dək davam edəcək.

 

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-10, 11-15, 16-20) üzrə 2 mərhələdə keçirilir.

 

I mərhələ aprelin 25-dək davam edəcək. Bu mərhələdə rəsm işləri grbye@mk.edu.az elektron ünvanına ya (+99455) 539 55 22 “WhatsAppnömrəsinə göndərilməlidir.

 

II mərhələdəaprelin 26-dan 30-dək qaliblər müəyyən ediləcək.

 

Müsabiqəyə Azərbaycan xalqına məxsus milli ornamentləri, naxışları özündə əks etdirən rəsmlər təqdim olunmalıdır. Hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim edə bilər. Rəsmlərin işlənmə texnikası sərbəstdir.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.7.