Muzeylərdə müyəssərlik və inklüzivlik

 

Milli Xalça Muzeyinin zəngin fonduna üç yeni nümunə daxil edildi

 

Mədəniyyət sənayelərinə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir

 

Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə 23-26 fevral tarixində keçirilmiş “Muzeylərdə müyəssərlik və inklüzivlikmövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutdu.

 

Qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılmasıdır:Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlikmövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”.

 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini dedi. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olanBritish Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyibu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlikmövzusunda treninqinbu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğuladı.

 

Anar Kərimov bildirdi ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəniytət sənayelərinə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”.

 

Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazirBritish Council”, Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunmuş xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirdi.

 

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp çıxışı zamanı bildirdi ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğuAmerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırdı. Bildirdi ki, səfirlik mütəmadi olaraqBritish Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur.

 

British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirdi. Dedi ki, əlilliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir.

 

Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlikmövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edildi.

 

Daha sonraŞekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olundu.

 

Xatırladaq ki, böyük ingilis şairinin vəfatının 400 illiyi ilə bağlı 2016-cı ildə “British Council” tərəfindən dünyadaŞekspir iliqeyd olunub. Həmin il elan edilmişŞekspir xalçalarda” müsabiqəsinə 2019-cu ilin fevralında yekun vurulmuş, müsabiqənin müvafiq nominasiyalarında fərqlənən Telman Şıxıyev, Sürəyya Muğanlı və Aydan Sadıqbəylinin eskizləri əsasında üç xalça toxunmuşdu.

 

Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara da baxış keçirdilər.

 

Sonda qonaqlar Xalq rəssamı Arif HüseynovunNovruz naxışları” adlı sərgisi ilə tanış oldular.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.1;3.