Nizaminin əsərləri yüksək mənəvi keyfiyyətlər aşılayır

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan onlayn tədbir keçirilib. Çıxışlarda mütəfəkkir şairin zəngin ədəbi irsinin insanları daim əxlaqi kamilliyə çağırdığı, yüksək mənəvi keyfiyyətlər aşıladığı bildirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi kitabxanasının oxu zalının kollektiviNizami yaradıcılığında şəxsiyyətin formalaşması problemimövzusunda oxucu konfransı keçirib.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarx hazırlayıb.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami ili” çərçivəsində keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub.

 

Nizaminin sirli xəzinəsi” mövzusunda müsabiqədə Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. 5 nömrəli tam orta məktəbin şagirdi Fidan Şahverdiyeva I, 4 nömrəli məktəbin şagirdi Gülər Abdullayeva II, 5 nömrəli məktəbin şagirdi Fəridə Əkbərova III yerə layiq görülüb. Qaliblərə Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim edilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mərkəzi kitabxanasında Nizaminin yubileyinə həsr olunmuş videokonfrans keçirilib.

 

Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə “Nizami Gəncəvi lirikası” başlığı altında videokonfrans keçirilib. Konfransda MKS-nin kənd kitabxana filiallarının əməkdaşları, oxucularZaqatala rayon Humanitar fənlər gimnaziyasının Azərbaycan dili və ədəbiyyat müəllimi Mirvari Aslanova iştirak edib.

 

Oğuz rayon MKS-nin Kərimli kənd kitabxana filialının əməkdaşı Gülnarə Məmmədovanın təşkilatçılığı ilə kənd tam orta məktəbinin 1-ci sinif şagirdləri üçün şairinYeddi gözəl” poemasından Fitnə haqqında əhvalat əsasında “nağıl saatı” təşkil edilib.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.3.