Novruz ənənələri haqqında mühazirə

 

 

Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın təqdimatında “Unudulan Novruz adətləri” mövzusunda mühazirə keçirilib.

 

Xalça Muzeyindən bildirilib ki, tədbirdə Novruz bayramının tarixi, onunla bağlı mərasim ənənələri, inanclar barədə ətraflı məlumat verilib, tədricən unudulan Novruz adətlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sevinc Qasımova müəllifi olduğu 2 kitabı muzeyin kitabxanasına hədiyyə edib.

 

Karantin qaydaları nəzərə alınaraq tədbirdə 10 nəfər iştirak edib. Mühazirə muzeyinİnstagram” səhifəsindən canlı yayımlanıb.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.3.