Onlayn tədbirlər

Ağdaş rayon MKS-nin 22 saylı Dəhnəxəlil kənd kitabxanasının əməkdaşları kənd bağçasında nağıl saatı gerçəkləşdirib.

 

Zərdab rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Hər kəsi narahat edən problem intihar başlığı altında onlayn tədbir keçirilib.

 

***

 

Masallı rayon Heydər Əliyev Mərkəzinin və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Zəfərə gedən yol mövzusunda onlayn tədbir keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Oxuculara xidmət şöbəsi Bahar ətirli Novruzum adlı tədbir təşkil edib. Karantin qaydalarına uyğun keçirilən tədbirdə Novruz atributları haqqında məlumat verilib.

 

Qazax rayon MKS-nin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 nömrəli kitabxana filialı AYB-nin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon MKS-nin təşkilatçılığı və Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə Haqq aşığı Aşıq Ələsgər adlı videokonfrans keçirilib. Ustadlar ustadının 200 illiyinə həsr olunan tədbirdə aşıq yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

 

Oğuz rayon Şirvanlı kənd kitabxanasında Heyvanları sevək və qoruyaq adlı virtual rəsm sərgisi təşkil edilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzi Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixipublisistika şöbəsinin müdiri, şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə onlayn görüş təşkil ediblər.

 

***

 

Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi Cəfər Cabbarlının Dilarə hekayəsinin onlayn müzakirəsini keçirib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Narkomaniyaya qarşı səmərəli mübarizə və sağlam həyat tərzinin təbliği mövzusunda onlayn tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.3.