“Azərxalça” ASC-yə yeni sədr təyinatı

 

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə yeni təyinat olub. Prezident İlham Əliyevin  martın 18-də imzaladığı sərəncamla Əməkdar incəsənət xadimi Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

 

“Azərxalça” ASC-nin əvvəlki sədri Vidadi Muradov yanvarın 10-da vəzifəsindən azad edilmişdi.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.2.