Can Azərbaycana əsər qəbulu martın 25-də yekunlaşır

 

Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Azerbaijan (İWS Globe Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika akvarel ustaları arasında keçirilən Can Azərbaycan Respublika yaradıcılıq müsabiqəsi davam edir.

 

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər martın 25-dək müraciət edə bilərlər.

 

Ötən ilin noyabr ayında elan edilən sənət yarışı Vətən müharibəsində tarixi Qələbəyə həsr olunub. Müsabiqənin məqsədi akvarel qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

 

Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə təqdim edə bilər. Əsərləri Xətai Sənət Mərkəzinin Facebook qrupunda (müəllif əsər haqqında müvafiq məlumatları qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş olunur.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.3.